Azərbaycan və Kamboca yeni bazarlara çıxış imkanlarını birləşdirir
- 12 oktyabr, 2026
- 16:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Kamboca yeni bazarlara çıxış üçün imkanlarını birləşdirir.
"Report" xəbər verir ki, bunu Kamboca İşəgötürənlər və Biznes Assosiasiyaları Federasiyasının (CAMFEBA) prezidenti Okhna Sok Piseth Azərbaycan-Kamboca Biznes Forumunda deyib.
Onun sözlərinə görə, Avrasiya xəritəsində Azərbaycan və Kamboca eyni ticarət yolunun iki əks ucunda yerləşir: "Azərbaycan ən əlverişli qapılardan biridir. Ölkə Yaxın Şərq dəhlizinin mərkəzində yerləşir, qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir, həmçinin Qafqaz və Türkiyə vasitəsilə Mərkəzi Asiyaya açılan qapı rolunu oynayır. Kamboca isə Şərqə açılan qapıdır. Biz dünyanın ən böyük ticarət sazişi olan Regional Hərtərəfli İqtisadi Tərəfdaşlığın (RCEP) iştirakçısıyıq. Bu saziş təxminən 2,3 milyard insanı və dünya ÜDM-nin 30 %-ni əhatə edir".
O qeyd edib ki, Kambocanın Asiya ölkələri, Çin, Koreya və Birləşmiş Ərəb Əmirlikləri ilə azad ticarət sazişləri var: "Həmçinin Avropa, Birləşmiş Krallıq və Kanada bazarlarına güzəştli çıxış imkanlarımız mövcuddur. Beləliklə, Azərbaycan və Kambocanın imkanlarını birləşdirdikdə hər iki ölkənin şirkətləri ayrı-ayrılıqda əldə edə bilməyəcəkləri bazarlara çıxış qazanırlar. Bu, hər iki tərəfə fayda verən, bərabərhüquqlu dəhliz tərəfdaşlığıdır".