Fransada yuxarı sinif şagirdlərinin etiraz aksiyaları zamanı 8 nəfər xəsarət alıb

Digər ölkələr
  • 12 oktyabr, 2026
  • 17:03
Fransada yuxarı sinif şagirdlərinin etiraz aksiyaları zamanı 8 nəfər xəsarət alıb

Yuxarı sinif şagirdlərinin bugünkü etiraz aksiyaları zamanı Fransanın milli təhsil sisteminin ən azı 8 əməkdaşı yaralanıb.

"Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Parisin prokuroru Lora Bekyuo bildirib.

O, həmçinin qeyd edib ki, Parisdə yuxarı sinif şagirdlərinin etiraz aksiyaları başlayandan bəri 273 nəfər saxlanılıb: Onlardan 85-i yetkinlik yaşına çatanlar, 188-i isə yetkinlik yaşına çatmayanlardır, onların əksəriyyətinin 15-16 yaşı var".

Bununla yanaşı, o, polisin zorakı hərəkətlərinə qarşı çıxış edib: "Bu görüntülər, ən azından, suallar doğurur. Polislərin zorakılıq tətbiq etməyə haqqı varmı?".

Yerli medianın məlumatına görə, İl-de-Frans regionunda 50-yə yaxın işçi artıq psixoloji xidmətə müraciət edib.