Ermənistanda fərarilikdə ittiham olunan məhkum qaçıb

Region
  • 15 sentyabr, 2016
  • 13:36
Ermənistanda fərarilikdə ittiham olunan məhkum qaçıb

Bakı.15 sentyabr. REPORT.AZ/ Ermənistanda hərbi xidmətdən yayınmaqda ittiham olunan A.Badalyan məhkəməyə gətirilərkən yolda konvoylardan yayınaraq qaçıb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu məlumatı ölkə İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

İnfromasiyaya görə, Badalyan məhkəməyə gətirilən zaman iki konvoydan yayınaraq, yolda onu gözləyən "Niva" markalı maşına oturaraq, naməlum istiqamətdə yolanıb. A.Badalyan barəsində axtarış elan edilib.