Ekspert: 2040-cı ilədək Ermənistan əhalisinin sayı xeyli azalacaq

Region
  • 13 oktyabr, 2025
  • 15:06
Ekspert: 2040-cı ilədək Ermənistan əhalisinin sayı xeyli azalacaq

2040-cı ilədək Ermənistan əhalisinin sayı 2,5 milyon nəfərdən aşağı səviyyəyə düşə bilər.

"Report" "Sputnik-Armenia"ya istinadən xəbər verir ki, bunu iqtisadçı Suren Parsyan proqnozlaşdırıb.

Onun sözlərinə görə, ölkə ən qısa müddətdə demoqrafik problemlərin həlli üçün tədbirlər görməlidir.

"İnsanlar ölkəni tərk edirlər, çünki özləri üçün layiqli həyat şəraitini təmin edə bilmir, eləcə də özlərini təhlükəsiz hiss etmirlər. Lakin biz ciddi demoqrafik çağırışlarla üzləşirik: yaşlanan əhali, doğum səviyyəsinin aşağı düşməsi və yüksək miqrasiya", - S.Parsyan vurğulayıb.

İqtisadçı xəbərdar edib ki, əhalinin sayının azalması ölkə üçün təkcə sosial deyil, həm də strateji çağırışdır.

2024-cü ilin sonuna Ermənistan əhalisinin sayı 3,03 milyon nəfəri ötüb.

Son xəbərlər

Bütün Xəbər Lenti