Natiq Məmmədli: Jurnalistlər rəqəmsal mühitdə Azərbaycanın səsinin çatdırılmasında müstəsna rol oynayır
- 16 oktyabr, 2026
- 11:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Jurnalistika hər zaman, tarix boyu dövrün tələblərinə cavab verən aparıcı sahə olub.
"Report" xəbər verir ki, bunu Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli Azərbaycan jurnalistlərinin IX qurultayında deyib.
Şöbə müdiri bildirib ki, hazırda rəqəmsal dövrdə yaşayırıq və hazırda da jurnalistlər rəqəmsal mühitdə də Azərbaycan səsinin yerli və beynəlxalq arenalarda çatdırılmasında müstəsna rol oynayır.
N.Məmmədli onu da bildirib ki, jurnalistlərin Azərbaycan dilinin inkişafı, onun zənginliyi və qorunması sayəsində fəal rolu da qeyd edilməlidir.
Media və Yayım Şurasınnın rəsmisi eyni zamanda ölkəmizə qarşı yönələn dezinformasiyaya qarşı mübarizədə qurumun fəaliyyətindən danışıb. Bildirib ki, Şura bu barədə dəfələrlə açıqlamalar verib: "Azərbaycan Respublikasının Media və Yayım Şurası ölkəmizə qarşı yönələn dezinformasiyaya qarşı dəfələrlə müvafiq açıqlamalar verib".