AMB BƏƏ və İsveçrənin maliyyə qurumları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Maliyyə
  • 16 oktyabr, 2026
  • 11:12
AMB BƏƏ və İsveçrənin maliyyə qurumları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Kommersiya Bankı və İsveçrəyə məxsus "UBS Asset Management" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun nümayəndə heyətinin Tailandın paytaxtı Banqkoka işgüzar səfəri çərçivəsində sədrin I müavini Əliyar Məmmədyarov BƏƏ Bankının və İsveçrə şirkətinin rəhbər şəxsləri ilə görüş keçirib. Görüşdə qlobal və regional makroiqtisadi vəziyyət, maliyyə sektorunun inkişaf meyilləri, eləcə də maliyyə institutlarında borc və maliyyə risklərinin, likvidliyin və riskli aktivlərin idarə olunması üzrə yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin əməkdaşlığın cari vəziyyəti və genişləndirilməsi imkanları nəzərdən keçirilib.