Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı 251 mindən çoxdur

Sosial müdafiə
  • 16 oktyabr, 2026
  • 11:15
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı 251 mindən çoxdur

Azərbaycanda 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 251,2 min nəfər olub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, onların 53,5 faizini qadınlar təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 483,4 manat olub.