Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 22 nəfər ölüb - YENİLƏNİB

Region
  • 30 mart, 2019
  • 14:29
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 22 nəfər ölüb - YENİLƏNİB

Əfqanıstanın Qəzni şəhərində “Taliban” silahlıları polis məntəqəsini minaatanlardan atəşə tutub.

"Report" "Pajhwok" nəşrinə istinadən xəbər verir ki, minaatanlardan biri məktəbə düşüb. Nəticədə dörd şagird dünyasını dəyişib. Ümumilikdə isə silahlı hücum nəticəsində 17 nəfər yaralanıb, 13 nəfər ölüb. Yaralanan 6 polis ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.


*** 13:09

Əfqanıstanda “Taliban” qruplaşmasının hücumu nəticəsində azı 9 polis əməkdaşı ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə martın 30-da ölkənin cənubunda yerləşən Zabul əyalətinin Şəhri-Səfa yaşayış məntəqəsində baş verib.

Əyalət Şurasının sədri Atacan Xakbəyan bildirib ki, hücum edən silahlılar hadisə yerindən qaçaraq gizləniblər.

“Taliban”ın yaydığı açıqlamaya əsasən, 8 polis əməkdaşı öldürülüb, biri isə girov götürülüb. Hücumda “Taliban”ın 7 silahlısı iştirak edib.