Donald Tramp: "İranda rejimi dəyişməyə cəhd göstərmirik"

Region
  • 27 may, 2019
  • 07:37
Donald Tramp: İranda rejimi dəyişməyə cəhd göstərmirik
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp
REUTERS/ Kevin Lamarque

“İranda rejimi dəyişməyə cəhd etmirik, biz onların nüvə silahına malik olmamalarına çalışırıq”.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mayın 27-də Tokioda Yaponiyanın Baş naziri Sinzo Abe ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Bir müddət əvvəl ABŞ prezident bildirmişdi ki, İran ABŞ-la danışıqlar aparmaq niyyətində olsa, Vaşinqton bu təklifi müsbət qarşılayacaq.

İranın Xarici İşlər naziri Cavad Zərif isə qeyd edib ki, Tehran müharibə istəmir və ABŞ-la silahlı münaqişədən yayınmaq olar.

44 - Tezliklə