Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 37 %-dən çox artıb

Maliyyə
  • 13 oktyabr, 2026
  • 15:04
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 37 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 238,2 milyon manat vəsait yönəldilib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 % çoxdur.

Ötən 9 ayda investisiya qoyuluşunun 48,9 %-i məhsul istehsalı sahələrinə, 11,4 %-i xidmət sahələrinə, 39,7 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 198,5 milyon manatı və yaxud 83,3 %-i tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvələ nisbətən 41,9 % çoxdur.

Xatırladaq ki, 8 ay ərzində Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,9 % çoxdur. O cümlədən, son 1 ildə neft-qaz sektoruna investisiya qoyuluşu 30,8 % artaraq 4 milyard 875,2 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə 3,1 % artaraq 9 milyard 813,4 milyon manat təşkil edib.

44 filmi