Dmitri Kuroçkin: "Xəzər regionundakı dövlətlər "PS-500" layihəsini almağa maraq göstərir"
- 20 oktyabr, 2015
- 15:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan, Qazaxıstan və İran Rusiyanın "PS-500" patrul gəmisinin layihəsini almaqda maraqlı olduqlarını bildiriblər.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın "Sever" Layihə Konstruktor Bürosunun xarici-iqtisadi bölməsinin rəisi Dmitri Kuroçkin bildirib.
"Bu gəmiyə Xəzər regionundakı dövlətlər - Azərbaycan, Qazaxıstan maraq göstərir. İran nümayəndələri də layihə ilə tanış olublar", - o deyib.
D.Kuroçkin əlavə edib ki, 2000-ci illərdə eyniadlı layihə əsasında Vyetnam üçün gəmi tikilib.
Onun sözlərinə görə, "PS-500" yüksək dərəcədə müasirləşdirilib: "Onun üstünə raket-buraxılış qurğusu, qayıq əleyhinə "RBU-6000", 57-100 mm çaplı top da quraşdırmaq olar.