Dağıstanda silahlı şəxs güc strukturları ilə atışmada öldürülüb

Region
  • 03 iyun, 2018
  • 07:17
Dağıstanda silahlı şəxs güc strukturları ilə atışmada öldürülüb

Bakı. 3 iyun. REPORT.AZ/ Dağıstanda silahlı şəxs öldürülüb.

"Report" xəbər verir ki, bu barədə TASS respublikanın güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, o, Çumadinsk rayonunda güc strukturlarının əməkdaşları ilə atışmada məhv edilib. Öldürülən şəxsin Şamil Əliyevin quldur qruplaşmasının üzvü olduğu bildirilir.

Ondan avtomat, mərmilər və qumbara götürülüb.