“Belqazprombank"ın baş ofisində axtarış aparılıb

Region
  • 11 iyun, 2020
  • 09:22
“Belqazprombankın baş ofisində axtarış aparılıb

Belarusun paytaxtı Minskdə yerləşən “Belqazprombank”ın baş binasında axtarış aparılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir k, bu barədə Belarus Dövlət Nəzarət Komitəsinin Mətbuat Xidməti bildirib.

Məlumata görə, Dövlət Komitəsinin Maliyyə araşdırmaları departamenti şirkətə qarşı vergidən yayınmaq, cinayət yolu ilə əldə edilən vəsaitləri qanunsuz leqallaşdırmaqla bağlı cinayət işi başlanılıb.

“Belqazprombank”ın Mətbuat Xidməti hadisəni şərh etməyib.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko prezidentliyə potensial namizədlərdən birinin dələduzluqda iştirak etdiyini bildirmişdi. O, həmin namizədin adı və soyadını açıqlamamışdı.

Xatırladaq ki, cari il avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək. Hazırda 14 nəfər prezdentliyə namizəd olmaq üçün imza toplayır. Namizədliyini irəli sürən şəxs 100 min seçicinin imzasını toplamalıdır. Namizədlər iyulun 5-10-da qeydə alınacaq.