"Blue Origin" şirkəti dekabrda "New Glenn" raketini yenidən buraxmağı planlaşdırır

Digər ölkələr
  • 08 oktyabr, 2026
  • 03:51
Blue Origin şirkəti dekabrda New Glenn raketini yenidən buraxmağı planlaşdırır

Amerikanın "Blue Origin" aerokosmik şirkəti dekabr ayında "New Glenn" ağır daşıyıcı raketini yenidən buraxmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə şirkətin təsisçisi Cef Bezos "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, zərər çəkmiş buraxılış meydançasının bərpasından sonra yeni buraxılışı hazırlamaq mümkün olub.

"Üzləşdiyimiz gözlənilməz vəziyyətdən sonra heç kim bunun mümkün olacağına inanmırdı. Lakin komanda toparlandı və buraxılış meydançasının bərpası üzrə inanılmaz iş gördü", - Bezos bildirib.

44 - Tezliklə