Belarus prezidenti yeni nazirlər təyin etdi

Region
  • 04 iyun, 2020
  • 09:22
Belarus prezidenti yeni nazirlər təyin etdi
Aleksandr Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 9-da keçiriləcək prezident seçkiləri öncəsi hökumətin tərkibini dəyişib.

Bu barədə “Report” “BelTA”ya istinadən xəbər verir.

Belə ki, buna qədər Maliyyə nazirinin birinci müavini olan Yuri Seliverstov Maliyyə naziri vəzifəsinə təyin edilib.

İqor Lutski İnformasiya naziri, Pyotr Parxomçik Sənaye naziri, Ruslan Parxamoviç Memarlıq və İnşaat naziri təyin edilib.

Daha əvvəl Roman Qolovçenkonun ölkənin yeni Baş naziri təyin edildiyi açıqlanıb.