Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/8 finala yüksəlib

Fərdi
  • 04 oktyabr, 2026
  • 13:08
Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/8 finala yüksəlib

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.