Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib

Digər ölkələr
  • 04 oktyabr, 2026
  • 13:21
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib

Pakistanın təhlükəsizlik qüvvələri Xayber-Paxtunxva əyalətinin Dera-İsmayıl-Xan şəhərində keçirdiyi kəşfiyyat əməliyyatı zamanı "Fitnə əl-Xəvaric" hərəkatının 8 üzvünü zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə Pakistanın dövlət radiosu təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, əməliyyat ölkədə ekstremizm və terrorizmin kökünü kəsməyə yönəlmiş "Əzm-i İstehkam" əməliyyatı çərçivəsində, ərazidə terrorçuların olması barədə məlumat əldə edildikdən sonra keçirilib.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, öldürülən 8 terrorçu arasında "Fitnə əl-Xəvaric"in 3 əsas komandiri də olub.

Əməliyyat zamanı terrorçulardan xarici valyuta, həmçinin külli miqdarda silah və sursat götürülüb.