Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finalda mübarizəni dayandırıb - YENİLƏNİB
- 04 oktyabr, 2026
- 14:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rusiyalı Sabina Giliazovaya uduzub.
K.Əliyeva 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub etmişdi.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib.
K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq.