Ukrayna BMT-də Krımla bağlı qətnamənin qəbul edilməsinə nail olub

Region
  • 15 noyabr, 2016
  • 23:41
Ukrayna BMT-də Krımla bağlı qətnamənin qəbul edilməsinə nail olub

Bakı. 16 noyabr. REPORT.AZ/ Ukrayna çərşənbə axşamı BMT Baş Assambleyasının III Komitəsində Krımda insan haqlarının pozulması ilə bağlı vəziyyəti pisləyən və Rusiyanı yarımadaya beynəlxalq müşahidəçiləri buraxmağa çağıran qətnamənin qəbul edilməsinə nail olub.

"Report" xəbər verir ki, 20 dövlət səsvermədə iştirak etməyib. 

İnformasiyaya əsasən, sənədin lehinə 73 ölkə, o cümlədən Böyük Britaniya, ABŞ, Gürcüstan və Avropa İttifaqı ölkələri səs veriblər.

Xəbərə görə, Rusiya, Ermənistan, Belarus, Venesuela, Çin, KXDR, Hindistan, İran, Qazaxıstan, Serbiya, Suriya, Özbəkistan da daxil olmaqla 23 ölkə sənədin əleyhinə səs verib. Daha 76 ölkə, həmçinin Qırğızıstan və Tacikistan bitərəf qalıb.

44 filmi