ATƏT-in fəaliyyətdə olan sədri Qazaxıstan və Özbəkistana səfər edəcək
- 09 iyun, 2025
- 13:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen 10-11 iyun tarixlərində Qazaxıstan və Özbəkistana səfər edəcək.
“Report” Finlandiyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu, Valtonenin ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi Asiyaya ilk səfəridir.
Səfərin məqsədi regionda ATƏT-in tərəfdaşlığını gücləndirməkdir.
"Səfər zamanı Finlandiyanın xarici işlər naziri Qazaxıstan və Özbəkistan rəhbərliyi, həmçinin ATƏT-in sahə missiyalarının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Valtonen həmçinin Daşkənddə universitetə baş çəkəcək və tələbələr qarşısında çıxış edəcək", - XİN-in məlumatında bildirilib.