ABŞ prezidentliyinə iddiaçı: "İran hakimiyyəti güzəştlə əldə etdiyi maliyyə vəsaitini terrorçuluğu dəstəkləməyə yönəldəcək"

Region
  • 23 iyun, 2023
  • 09:21
ABŞ prezidentliyinə iddiaçı: İran hakimiyyəti güzəştlə əldə etdiyi maliyyə vəsaitini terrorçuluğu dəstəkləməyə yönəldəcək

İran hakimiyyəti Qarşılıqlı Əhatəli Razılaşma Planı (QƏRP) nəticəsində əldə olunan maliyyə vəsaitini terrorçuluğu dəstəkləməyə yönəldəcək.

“Report” xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə iddiaçı, Floridanın qubernatoru Ron De Santis “Israel Hume” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, QƏRP İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei ilə ABŞ-ın keçmiş Prezidenti Barak Obama arasında razılaşmadır: “Bu razılaşma fəlakətdir. ABŞ Prezidenti Cozef Bayden indi bu razılaşmanı dirçəltməyi planlaşdırır. İran hakimiyyətinə güzəşt edib pulları almasına imkan yaradanda onlar da həmin maliyyə vəsaitindən terrorçuluğu dəstəkləmək üçün istifadə edəcək”.

Ron De Santis əlavə edib ki, İran hakimiyyəti təzyiqlərin hansı iqtisadi, diplomatik, hətta hərbi nəticələrə gətirib çıxara biləcəyinin fərqindədir.

Qeyd edək ki, 2015-ci il iyulun 15-də İranın nüvə proqarmı ilə bağlı Tehranla “altılıq” ölkələri arasında imzalanmış Qarşılıqlı Əhatəli Razılaşma Planı imzalanmışdı. Həmin sənəddə İrana tətbiq edilən sanksiyaların yumşaldılması nəzərdə tutulurdu.

Ancaq Republikaçılar Partiyasından olan Donald Tramp prezident seçiləndən sonra ABŞ bu müqavilədən çıxdı.

Bu günlərdə isə ABŞ İranın İraq, Cənubi Koreya və Beynəlxalq Valyuta Fondunda dondurulmuş hesablarındakı 24 milyard dolları sərbəstləşdirib. Ron De Santis həm də bu maliyyə vəsaitini nəzərdə tutur.

44 filmi