Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə aktiv rol oynayıb"

Qarabağ
  • 23 may, 2018
  • 10:16
Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə aktiv rol oynayıb
Mariya Zaxarova

Bakı. 23 may. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə aktiv rol oynayıb".

"Report"un məlumatına görə, bunu həftəlik brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“İlk skripka rolunda oynamaq kimi arzumuz yoxdur. Bütün hallarda arzumuz münaqişəni qəbul edilmiş sivil qaydalara uyğun real səmərəsinin olmasına yaxınlaşdırmaqdır”, - M.Zaxarova əlavə edib.

O vurğulayıb ki, Rusiya münaqişənin həlli işində "bütün tərəflərlə sıx əlaqədə" aktiv iştirak edəcək.