Avstriyada Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşü başa çatıb - YENİLƏNİB
- 06 dekabr, 2017
- 19:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə ermənistanlı həmkarı Edvard Nalbəndyan ilə Vyanada görüşü başa çatıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.
***21:33
Bakı. 6 dekabr. REPORT.AZ/ Xarici İşlər Naziri Elmar Məmmədyarov ATƏT-in MQ həmsədrlərinin vasitəçiliyi ilə Ermənistandan olan həmkarı E.Nalbəndyan ilə Vyanada görüşür.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev öz Twitter səhifəsində yazıb.
Onun sözlərinə görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tezliklə həlli üçün substantiv, məntiqi və konkret əsaslı danışıqların aparılmasının zəruri olduğu vurğulanıb.