Şeyx Kasim Bədr: Yaxın Şərqdəki münaqişələr druzlara mənfi təsir göstərir

Media
  • 02 sentyabr, 2026
  • 15:55
Şeyx Kasim Bədr: Yaxın Şərqdəki münaqişələr druzlara mənfi təsir göstərir

Azərbaycandan olan bir qrup jurnalist İsrailin druz icmasının dini lideri və Ümumdünya Sülh Şurasının ("Universal Peace Council") rəhbəri şeyx Kasim Bədrlə görüş keçirib.

"Report"un İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, jurnalistlər druz icmasının tarixi və xüsusiyyətləri ilə tanış olublar.

K.Bədrin sözlərinə görə, Yaxın Şərqdəki münaqişələr druzlara mənfi təsir göstərir: "Həyat yoldaşımın qohumları Livanda, biz isə İsraildə yaşayırıq. Ailələrimiz arasında 18 dəqiqəlik yol var, lakin biz onları artıq 26 ildir ki, görmürük".

Bununla yanaşı, o, region ölkələri arasında sülhün bərqərar edilməsinin zəruriliyini vurğulayıb və bu prosesə töhfə verməyə yönəlmiş fəaliyyətindən danışıb.

Qeyd edək ki, druzlar XI əsrdə Yaxın Şərqdə formalaşmış etnodini icmadır. Druzlar əsasən Suriya, Livan və İsraildə, eləcə də İordaniyada yaşayırlar. Müasir dövlət sərhədləri regiondakı druz icmalarını bir-birindən ayırıb və bu, qohumlar və eyni dinə mənsub insanlar arasındakı əlaqələrə təsir göstərib.

44 - Tezliklə