Milli İncəsənət Muzeyinin direktoru: Oqtay Şıxəliyev çoxşaxəli və məhsuldar rəssam olub

Mədəniyyət siyasəti
  • 11 noyabr, 2026
  • 18:38
Milli İncəsənət Muzeyinin direktoru: Oqtay Şıxəliyev çoxşaxəli və məhsuldar rəssam olub

Xalq rəssamı Oqtay Şıxəliyev çoxşaxəli və məhsuldar rəssam olub.

"Report"un məlumatına görə, bunu Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunan "Mozaika və rəngkarlıq dünyası" adlı sərginin açılışında deyib.

Direktor rəssamın yaradıcılığında mozaikanın əsaslı yer tutmasına diqqət çəkib:

"Məsələn, Azərbaycan nəşriyyatının fasadını bəzəyən mozaika həm memarlıq, həm də təsviri sənətin sintezi kimi yüksək bədii-mənəvi və milli keyfiyyətlərə malikdir. Bu sənət nümunəsi Oqtay Şıxəliyevin yaradıcı düşüncəsinin mənzərəsini təsəvvür etmək üçün əlverişli nümunədir".

Şirin Məlikova həmçinin bildirib ki, Xalq rəssamının mozaikalarının bir çoxu günümüzə gəlib çıxmayıb:

"Bunun müxtəlif səbəbləri var. Lakin istənilən halda günümüzə gəlib çatan mozaika nümunələri və digər sənət əsərləri Oqtay Şıxəliyevin rəssamlıq böyüklüyünün ifadəsi üçün kifayətdir".

O, Oqtay Şıxəliyevi XX əsr rəssamlığı üçün böyük mədəni irs yaradıcısı adlandıraraq əlavə edib ki, Xalq rəssamının yaradıcı düşüncəsində həm milli-mənəvi, həm də modernist yanaşmalar özünü göstərir.

44 filmi