Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Mədəniyyət siyasəti
- 28 oktyabr, 2025
- 13:30
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva oktyabrın 27-də Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub.
"Report" xəbər verir ki, "Qarabağ" qrupuna aid, "Xətai" xalçasının elementlərini üzərində daşıyan xalçanın əsas toxunma prosesi İsmayıllı və Şabran emalatxanalarında baş tutur.
Bildirilib ki, 150 xalçaçı xanımın toxuduğu xalça üzərində işə ötən ilin dekabrından başlanılıb.
Leyla Əliyeva xalça ilə tanışlıqdan sonra toxucularla vaxt keçirib və xalçaya ilmə də atıb.
Qeyd edək ki, xalçanı Heydər Əliyev Fondu, "PAŞA Holdinq" və "PMD Projects"in təşkilatçılığı ilə "Azərxalça" ASC-nin yaradıcı heyəti və toxucu komandası hazırlayır.
Son xəbərlər
08:21
BDYPİ: Yağışlı hava şəraitində sürücülər və piyadalar daha diqqətli olmalıdır
Hadisə08:09
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:00
ABŞ Senatı Kanadaya tətbiq edilən tarif artımlarını ləğv edib
Digər ölkələr07:34
Rusiyanın 6 hava limanında uçuşlar dayandırılıb
Region07:25
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə razılaşıblar
Xarici siyasət07:17
ABŞ və Çin liderləri danışıqlara nikbinliklə başlayıblar - YENİLƏNİB
Digər ölkələr06:45
Sakit okeanda narkotik daşıyan qayıq məhv edilib
Digər ölkələr06:07
ABŞ Prezidenti Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı əmr edib
Digər ölkələr05:51