Əbülfəs Qarayev Salyanda vətəndaşları qəbul edəcək
- 18 may, 2018
- 08:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 may. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev Salyanda vətəndaşları qəbul edəcək.
Nazirlikdən "Report"a verilən məlumata görə, mayın 25-i saat 10:00-da Heydər Əliyev Mərkəzində (Təbriz Xəlilbəyli küçəsi, 136) keçiriləcək qəbulda Biləsuvar, Neftçala, Salyan və Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Vətəndaşların Nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazılması mümkündür.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
| Sıra№-si | Şəhər (rayon) | əlaqələndiricişəxs | ələqətelefonu |
| 1 | Salyan rayonu | Günaydın Əhədova | (0-2125) 5-52-41(050) 442-11-18 |
| 2 | Biləsuvar rayonu | Elçin Hüseynov | (0-2529) 5-00-37(050) 398-72-00 |
| 3 | Neftçala rayonu | Elmira Kazımova | (0-2126) 3-15-91(050) 467-34-69 |
| 4 | Cəbrayıl rayonu | Kamran Quliyev | (0-2638) 4-10-00(050) 873-70-07 |