Bakıda sərnişin avtobusundan qədim dövrə aid gümüş və mis pullar tapılıb

Mədəniyyət siyasəti
  • 16 noyabr, 2017
  • 09:08
Bakıda sərnişin avtobusundan qədim dövrə aid gümüş və mis pullar tapılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ “BakuBus” avtobusunun salonundan Azərbaycanın qədim dövrünə (Albaniya dövlətinə aid olduğu güman edilir) aid maddi mədəniyyət numunələri - gümüş və mis pullar tapılıb.

“Report”un xəbərinə görə, bu barədə “BakuBus”ın mətbuat katibi Mənsur Piriyev bildirib.

Mətbuat katibi qeyd edib ki, bununla bağlı Milli Azərbaycan Tarixi Muzeyinə məlumat verilib: “Tapılan tarixi eksponatlar qanunvericiliyə uyğun şəkildə aidiyyatı üzrə təqdim olunacaq”.