Polşa mətbuatında Novruzla əlaqədar “Azərbaycanda Yeni il” başlıqlı məqalə dərc edilib
- 21 mart, 2017
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Varşava. 21 mart. REPORT.AZ/ Polşanın www.ttg.com.pl (Travel Trends Group) saytında “Azərbaycanda Yeni il” başlıqlı məqalə dərc edilib.
Azərbaycan Respublikasının Polşadakı Səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə məqalədə (http://ttg.com.pl/nowy-rok-w-azerbejdzanie/) Novruz bayramının tarixi, Azərbaycanda bu bayramın qeyd edilməsi ənənələrinə yer verilib.
Yazıda qeyd edilib ki, keçmiş sovet dönəmində qadağan olunmasına baxmayaraq, Azərbaycan xalqı bu bayramı bağlı qapılar arxasında olsa da qeyd edib. Ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Novruz bayramı rəsmi bayram statusunu alıb.
Məqalədə astronomik təqvim ilə Azərbaycanda yeni ilin 20 mart, saat 14:29-da daxil olduğu bildirilir.