Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər

Maraqlı
  • 26 noyabr, 2026
  • 03:08
Azərbaycan və Litvanın XİN rəhbərləri Sabah – Barselona matçını birlikdə izləyiblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda keçirilən "Sabah" – "Barselona" futbol matçını birlikdə izləyiblər.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Qeyd olunub ki, görüşə xüsusi məna qatan məqamlardan biri də "Sabah" klubunun litvalı baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında çıxış etməsidir. Bunun Azərbaycan və Litva arasında insanlararası əlaqələri daha da vurğuladığı bildirilib.

44 filmi