Çempionlar Liqası: "Bavariya" məğlub olub, "Fənərbağça" səfərdə qələbə qazanıb
- 26 noyabr, 2026
- 02:10
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının əsas mərhələsində V tura yekun vurulub.
"Report" xəbər verir ki, turun ikinci oyun günündə 9 matç baş tutub.
Türkiyənin "Fənərbağça" klubu səfərdə Ukraynanın Donetsk "Şaxtyor"una qalib gəlib. Almaniyanın "Bavariya" klubu isə cari mövsümdə turnirdə ilk məğlubiyyətini alıb.
UEFA Çempionlar Liqası
Ümumi mərhələ
V tur
"Sabah" (Azərbaycan) – "Barselona" (İspaniya) 1:4
"Slaviya" (Çexiya) – "Vilyarreal" (İspaniya) 0:1
"Atletiko" (İspaniya) – "Vikinq" (Norveç) 2:0
"Brügge" (Belçika) – "Liverpul" (İngiltərə) 0:3
"İnter" (İtaliya) – "Ştutqart" (Almaniya) 2:0
"Lill" (Fransa) – "Bavariya" (Almaniya) 2:1
PSJ (Fransa) – "Roma" (İtaliya) 2:2
"Şaxtyor" (Ukrayna) – "Fənərbağça" (Türkiyə) 0:1
"Sportinq" (Portuqaliya) – "Mançester Yunayted" (İngiltərə) 2:2