“Viator Mikrokredit Azərbaycan" BOKT-un istiqrazları listinqə daxil edilib

Maliyyə
  • 23 noyabr, 2022
  • 08:06
“Viator Mikrokredit Azərbaycan BOKT-un istiqrazları listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Viator Mikrokredit Azərbaycan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 350 min manat dəyərində istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

"Report" Birjaya istinadən xəbər verir ki, istiqrazlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.

Hərracın tarixi azı 2 iş günü əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.

Söhbət hər birinin nominal dəyəri 1 000 manat lan 350 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi