“TBC Kredit” BOKT-un xalis mənfəəti 57 % artıb
- 02 may, 2023
- 07:12
Yeniliklərdən dərhal xəbərdar olun!
“TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 1,537 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 57 % çoxdur.
Ötən il “TBC Kredit”in vergiyəqədərki mənfəəti 1,609 milyon manat (əvvəlki ilə nisbətən 78,4 % çox), mənfəət vergisi ödəmələri isə 72 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə “TBC Kredit”in aktivləri 17,296 milyon manat olub ki, bu da illik müqayisədə 8,8 % çoxdur. Bunun 10,442 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 5,2 % kiçilib.
Hesabat dövründə “TBC Kredit”in öhdəlikləri 2 % azalaraq 6,832 milyon manata düşüb, balans kapitalı isə 17,2 % artaraq 10,464 milyon manata çatıb.
Xatırladaq ki, “TBC Kredit” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,453 milyon manatdır. BOKT-un təsisçisi 100% Gürcüstanın “TBC Bank”ıdır.