“TBC Kredit” BOKT-un xalis mənfəəti 3 dəfə artıb

Maliyyə
  • 10 may, 2022
  • 13:32
“TBC Kredit” BOKT-un xalis mənfəəti 3 dəfə artıb

“TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 979 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,5 dəfə çoxdur.

Ötən il “TBC Kredit”in vergiyəqədərki mənfəəti 902 min manat (əvvəlki ilə nisbətən 2,4 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 77 min manat (6,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “TBC Kredit”in aktivləri 15,896 milyon manat olub ki, bu da illik müqayisədə 24 % çoxdur. Bunun 9,926 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 10,2 % kiçilib.

Hesabat dövründə “TBC Kredit”in öhdəlikləri 43,1% artaraq 6,969 milyon manata, balans kapitalı isə 12,3 % artaraq 8,927 milyon manata çatıb.

Xatırladaq ki, “TBC Kredit” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,453 milyon manatdır. BOKT-un təsisçisi 100% Gürcüstanın “TBC Bank”ıdır.