“Silk Vey Vest Aviaşirkəti”nin növbəti istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 23 dekabr, 2021
  • 12:56
“Silk Vey Vest Aviaşirkəti”nin növbəti istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Dekabrın 27-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Silk Vey Vest Aviaşirkəti” MMC növbəti istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 dollar olan 10 000 ədəd, yəni 10 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

44 filmi