"Sberbank" inkassator-drondan istifadə etməyə başlayıb
Maliyyə
- 16 iyun, 2017
- 12:20
Bakı. 16 iyun. REPORT.AZ/ Rusiyanın ən böyük bankı olan "Sberbank" ilk dəfə pilotsuz uçan aparatla pul daşınmasını həyata keçirib.
"Report" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı öz "Facebook" səhifəsində bankın İdarə Heyətinin sədr müavini Lev Xasis verib.
L.Xasis bildirib ki, dron nağd pul vəsaitlərini bankın kassa mərkəzindən inkassator maşınına qədər çatdırıb. Bu zaman onun sürəti 180 km/saat, uçuş məsafəsi isə 10 km olub.
Qeyd edək ki, dronun kənar şəxslər tərəfindən vurularaq əldə edilməsinə qarşı ehtiyat tədbirləri də görülüb. Bu zaman dron açıldıqda içindəki əsginaslar xüsusi yerləşdirilmiş boya kapsulaları vasitəsilə mavi rəngə boyanaraq yararsız hala gətirilir.
Son xəbərlər
16:28
Polşada rusiyalı ər-arvad casusluq və bomba partlatmağa cəhd işi üzrə həbs cəzası alıblar
Digər ölkələr16:27
Suriyaya artan etimad – terrordan, sanksiyalardan azad olan respublika - ŞƏRH
Analitika16:26
Rəşad Həsənov: Rəqəmsal inkişaf strategiyası əsasında 58 təşəbbüs üzrə icra işlərinə başlanılıb
Daxili siyasət16:25
Azərbaycan Alpinizm Federasiyası ölkədə beynəlxalq tədbirin keçirilməsinə hazırlaşır
Fərdi16:25
Read Qasımov: "Bakıda özbaşına tikililərin qarşısının vaxtında alınması əsas prioritetlərdəndir"
İnfrastruktur16:19
Prezident Gürcüstana elektrik enerjisi təchizatına dair sazişi təsdiqləyib
Energetika16:19
Foto
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
Mədəniyyət siyasəti16:14
Zahid Oruc: Elektron hökumətdən vahid rəqəmsal dövlət modelinə keçid yeni mərhələdir
Milli Məclis16:11