Azərbaycan Alpinizm Federasiyası ölkədə beynəlxalq tədbirin keçirilməsinə hazırlaşır
- 09 iyul, 2026
- 16:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Alpinizm Federasiyası bu il ölkədə beynəlxalq tədbirin keçirilməsi üçün çalışır.
Bu barədə "Report"a müsahibəsində qurumun baş katibi Sənan Rəsulov bildirib.
O, bu yöndə işlərin görüldüyünü söyləyib:
"Planımızda belə tədbir nəzərdə tutulub. Bunun üzərində işlər davam edir. Bu il beynəlxalq tədbirin Azərbaycanda təşkili üçün çalışırıq. Digər ölkələrin federasiyalarından məktublar alırıq. Onlarla mütəmadi olaraq əlaqədəyik, dostluq münasibətlərimiz var. Eyni zamanda, Azərbaycan Alpinizm Federasiyası Beynəlxalq İdman Dırmanması Federasiyasının üzvüdür. Beynəlxalq qurumla da qarşılıqlı əməkdaşlığı inkişaf etdiririk. Bu il üçün beynəlxalq tədbir nəzərdə tutmuşuq".
Sənan Rəsulovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.