Read Qasımov: "Bakıda özbaşına tikililərin qarşısının vaxtında alınması əsas prioritetlərdəndir"
- 09 iyul, 2026
- 16:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhərsalma sahəsində nəzarətin gücləndirilməsi, özbaşına tikililərin qarşısının vaxtında alınması və layihələrin şəhərin Baş planına uyğun həyata keçirilməsi Bakı şəhərinin dayanıqlı inkişafı baxımından əsas prioritetlərdəndir.
"Report" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bunu Komitənin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov İdarədə yarımilliyin yekunlarına dair keçirilən müşavirədə çıxışında bildirib.
Müşavirədə paytaxtda həyata keçirilən şəhərsalma layihələrinin gedişi, şəhərsalma nəzarətinin nəticələri, özbaşına tikililərlə mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib.
Müşavirənin yekununda ikinci yarımillik üzrə prioritet vəzifələr müəyyənləşdirilib, şəhərsalma nəzarətinin daha da gücləndirilməsi, özbaşına tikililərlə mübarizənin davam etdirilməsi və vətəndaş məmnunluğunun artırılması ilə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.