Rəşad Həsənov: Rəqəmsal inkişaf strategiyası əsasında 58 təşəbbüs üzrə icra işlərinə başlanılıb

Daxili siyasət
  • 09 iyul, 2026
  • 16:26
Rəşad Həsənov: Rəqəmsal inkişaf strategiyası əsasında 58 təşəbbüs üzrə icra işlərinə başlanılıb

Prezident İlham Əliyevin təsdiq etdiyi rəqəmsal inkişaf strategiyası əsasında 58 təşəbbüs üzrə icra işlərinə başlanılıb.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda müxtəlif dövlət qurumlarının informasiya sistemlərinin vahid platformada inteqrasiyası həyata keçirilir:

"Bu, dövlət xidmətlərinin daha səmərəli və proaktiv şəkildə göstərilməsinə imkan verəcək. Bilirsiniz ki, dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb. Yaxın gələcəkdə vətəndaşlar xidmətlərdən yalnız mətn deyil, səs vasitəsilə də istifadə edə, suallarını səsləndirərək cavab ala biləcəklər".

44 filmi