Sahil Babayev: "Son 5 ildə sosialyönümlü büdcə xərcləri 40 % artıb"
- 04 noyabr, 2025
 - 11:46
 
                            
                            
                        Azərbaycanda son 5 ildə (2022-2026-cı illərdə) ümumilikdə sosialyönümlü büdcə xərcləri 4,4 milyard manat artıb.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsinin sosialyönümlü xərcləri 17,1 milyard manat və ya büdcə xərclərinin 41,1 % olaraq proqnozlaşdırılır: "Bu, cari ilin proqnozu ilə müqayisədə 213 milyon manat, 2024-cü ilin faktıki göstəricisinə nisbətən isə 2,5 milyard manat çoxdur. Son 5 ildə ümumilikdə sosialyönümlü xərclərimiz 4,4 milyard manat və ya 40 % artıb. Bu da yenə də dövlət büdcəsinin, sosial yönümlülüyünün ən önəmli göstəricilərindən biridir".