Rusiya genişmiqyaslı kapital amnistiyasına hazırlaşır
- 28 fevral, 2022
- 10:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Maliyyə Nazirliyi əvvəlki illərdə olandan daha irimiqyaslı kapital amnistiyasının həyata keçirilməsinə dair təkliflər hazırlayıb.
“Report” Rusiya mətbuata istinadən xəbər verir ki, bunu qurumun rəhbəri Anton Siluanov deyib.
Onun sözlərinə görə, bu, hazırda xaricdə yerləşən Rusiya kapitalının təminatı məqsədilə edilir.
Xatırladaq ki, Rusiyaya qarşı Qərb ölkələri tərəfindən tətbiq edilən sanksiyalar fonunda hökümət və Rusiya Bankı ölkədə maliyyə və iqtisadi sabitliyin təmin olunması üçün tədbirlər həyata keçirir. Belə ki, Maliyyə Nazirliyi bu gün ixracatçıların üzərinə xarici valyuta gəlirlərinin 80 %-ni satmaq öhdəliyi qoyan qərar qəbul edəcək.
Rusiya Bankı isə rublun kəskin ucuzlaşmasının qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 10,5 faiz bəndi artıraraq 9,5 %-dən 20 %-ə qaldırıb.