Qızıl ucuzlaşıb
Maliyyə
- 19 aprel, 2022
- 05:47
Ötən gün bir unsiyasının qiyməti 2 min ABŞ dollar olan qızıl korreksiya çərçivəsində ucuzlaşıb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,47%, yaxud 9,4 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 977,1 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,61% düşərək, 1 unsiyası 25,988 ABŞ dolları təşkil edib.
Ötən gün qızılın qiymətinin artaraq, 2 min ABŞ dollarını ötməsi ABŞ-da illik inflyasiyanın 1981-ci ildən sonra maksimum həddə - 8,5%-ə çatması ilə izah olunur.
Bundan başqa, qiymətli metalın ucuzlaşması valyuta bazarındakı ralli təsir göstərir. Belə ki, ABŞ dollarının indeksinin 0,17% artaraq, 100,96 bəndə çatması qızılın satınalmalar üçün cəlbediciliyini azaldır.
Son xəbərlər
10:46
Azərbaycanda kirayə mənzil fonduna daha 208 mənzil əlavə olunub
İnfrastruktur10:44
Dövlət Məşğulluq Agentliyi auditor seçir
Maliyyə10:43
Rusiya Xerson və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var
Digər ölkələr10:36
"Hall Siti" Nobel Mendi və Lukas Herrinqtonu heyətinə qatıb
Futbol10:31
Ötən ay Azərbaycanda qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarılıb
Daxili siyasət10:30
Foto
"Dərnəgül" elektrik deposunda II mərhələ üzrə işlər başa çatdırılıb
İnfrastruktur10:29
DSMF: 7 ayda əhaliyə sosial ödənişlər 6 milyard manatdan çox olub
Maliyyə10:26
Ukrayna Başqırdıstanda "Wildberries" logistika habına zərbə endirib
Digər ölkələr10:25
Foto