Qızıl ucuzlaşıb
Maliyyə
- 05 aprel, 2022
- 06:46
Qızılın qiyməti düşüb. İnvestorlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) baza faiz dərəcəsini daha da artırmaq perspektivlərini qiymətləndirirlər.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,29%, yaxud 5,7 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 928,3 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,06% artaraq, 1 unsiyası 24,578 ABŞ dolları təşkil edib.
İnvestorlar hesab edirlər ki, ABŞ FES tezliklə baza faiz dərəcəsini daha da artıracaq. Bu isə, milli valyuta üçün müsbət, qızıl üçün mənfi amildir.
Bundan başqa, ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyinin 2,412%-dən 2,421% səviyyəsinədək artması da qiymətli metalın qiyməti üzərində təzyiq yaradır.
Son xəbərlər
14:46
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb
Maliyyə14:44
Azərbaycanın bocciaçısı Sona Ağayeva reytinq cədvəlində iki pillə irəliləyib
Fərdi14:41
Foto
Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib
Fərdi14:41
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Maliyyə14:38
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İnfrastruktur14:36
Naxçıvanda əhalinin sayı artıb
Sosial müdafiə14:35
"Mançester Siti" Jeremi Dokunun müqaviləsinin müddətini uzadıb
Futbol14:35
2026-cı il məzunlarının elektron təhsil sənədləri "mygov" platformasında əlçatandır
İKT14:35