2028-ci ilin yayında Böyük Britaniyada polislərin məzuniyyətə çıxması qadağan ediləcək
- 18 noyabr, 2026
- 07:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyada 2028-ci ilin yayında G7 sammiti və futbol üzrə Avropa çempionatının eyni vaxtda keçirilməsi ilə əlaqədar polis əməkdaşlarının məzuniyyətə çıxmasına qadağa qoyulacaq.
"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
Avro-2028 iyunun 9-dan iyulun 9-dək Böyük Britaniya və İrlandiyada keçiriləcək. Həmin ilin yayın ilk yarısında G7 sammitinin də təşkili gözlənilir. Böyük Britaniya 2028-ci ildə G7-yə sədrlik edəcək.
İctimai asayişin qorunması üçün hakimiyyət orqanları bütün mövcud polis qüvvələrini səfərbər etmək niyyətindədir.
Nəşrin yazdığına görə, yalnız həmin tarixlərdə toyu planlaşdırılan və ya ailəsində övlad dünyaya gəlməsi gözlənilən polis əməkdaşlarına məzuniyyətə çıxmağa icazə veriləcək.
Qəzet qeyd edib ki, Britaniya polisi indiyədək ölkə üzrə məzuniyyətə belə ümumi qadağa tətbiq etməyib.