“PAŞA Həyat” cari ilin I rübünün nəticələrini açıqlayıb
- 11 aprel, 2017
- 06:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 aprel. REPORT.AZ/ Aktivlərinin ümumi həcminə görə, Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2017-cı ilin yanvar-mart ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. “Report”un şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən aldığı məlumata görə, operativ məlumatlar əsasında hazırlanan rüblük hesabatın nəticələrinə əsasən, cari ilin I rübündə “PAŞA Həyat” tərəfindən ümumilikdə 32,099 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 10,731 mln. manat və ya 50% çoxdur.
Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə, “PAŞA Həyat” tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 1,663 mln. manat və ya 27% artaraq 7,755 mln. manata çatıb.
Сari ilin aprelin 1-nə nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.