“PAŞA Bank”ın xalis mənfəəti 2 dəfə artıb

Maliyyə
  • 26 aprel, 2022
  • 10:18
“PAŞA Bank”ın xalis mənfəəti 2 dəfə artıb

“PAŞA Bank” ASC bu ilin I rübünü 38,326 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur.

Yanvar-mart aylarında “PAŞA Bank”ın əməliyyat gəlirləri 97,804 milyon manat (illik müqayisədə 12,5 % çox), əməliyyat xərcləri 54,279 milyon manat (9 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 7,374 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 12,572 milyon manat (2 dəfə çox) təşkil edib.

Bu il aprelin 1-nə “PAŞA Bank”ın aktivləri 7 125,45 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 25,7 % çoxdur. Bunun 2 602,727 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 20,7 % böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 28,4 % artaraq 6 554,228 milyon manata, o cümlədən depozit portfeli 34,8 % artaraq 5 668,622 milyon manata, balans kapitalı isə 1,3 % artaraq 571,222 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2%-i "Ador" MMC-yə, 10% Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

44 - Tezliklə