“Parabank” nizamnamə kapitalını artırır
- 13 oktyabr, 2014
- 05:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Parabank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən Bankın nizamnamə kapitalı 50 mln. manata çatdırılıb. Bu barədə “Report”a Bankın mərkəzi ofisindən məlumat verilib.
Bankın audit hesabatına əsasən, son 3 il ərzində "Parabank"ın nizamnamə kapitalı 11,570 mln. manat olub və 2014-cü ilin ikinci rübün sonuna məcmu kapital 21,662 mln. manata çatdırılıb.
Qeyd edək ki, bu ilin avqust ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Parabank” ASC-nin hər birinin nominal dəyəri 200 manat olan 100 000 ədəd adi səhmlərinin emissiyası prospekti qeydiyyata alınıb. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra Bankın məcmu kapitalı 20 mln. manat artırılacaq.