Ötən həftə SOCAR istiqrazları ilə 1,65 mln. dollarlıq əməliyyat aparılıb
- 28 fevral, 2018
- 06:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın qiymətli kağızlar bazarında 19-23 fevral tarixlərində SOCAR istiqrazları üzrə 1,65 mln. dollarlıq əməliyyat aparılıb.
İstiqrazların market-meykeri olan “PSG Kapital” şirkətindən “Report”a verilən məlumata görə, ötən həftə təkrar bazarda 1 644 istiqraz alınıb-satılıb. İstiqrazların böyük hissəsi fiziki şəxslər tərəfindən alınıb, orta qiymət isə 1 005,05 dollar olub.
2018-ci ildə SOCAR istiqrazları ilə 11,9 mln. dollarlıq əməliyyat aparılıb.
Dövriyyəyə buraxıldıqdan indiyədək SOCAR istiqrazları ilə aparılan əməliyyatların həcmi 134,6 mln. dollar təşkil edib.
Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazların nominal qiyməti 1 000 dollar, illik gəlirliyi 5%-dir. İstiqraz buraxılışının market-meykeri “PSG Kapital” şirkətidir.
SOCAR-ın geri alma zəmanəti ilə istiqazlarını istənilən vaxt əldə etmək və ya satıb nağd pula çevirmək mümkündür.