Naxçıvan iqtisadiyyatı 2 %-dən çox böyüyüb

Maliyyə
  • 11 iyun, 2026
  • 11:52
Naxçıvan iqtisadiyyatı 2 %-dən çox böyüyüb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 646,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisəsə 2,2 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,9 % artaraq 1 368 manat təşkil edib.

Xatırladaq ki, 5 ay ərzində Azərbaycanda 51 milyard 783,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən eynidir.

O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1 % azalaraq 16 milyard 125,4 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,4 % artaraq 35 milyad 658,4 milyon manata çatıb.

44 - Tezliklə