"Meqa Həyat Sığorta"nın aktivləri azalıb

Maliyyə
  • 08 avqust, 2026
  • 14:41
Meqa Həyat Sığortanın aktivləri azalıb

"Meqa Həyat Sığorta" ASC bu ilin I yarısını 2,047 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,9 % çoxdur.

Yanvar-iyun aylarında "Meqa Həyat Sığorta"nın gəlirləri 9,812 milyon manat (1 il əvvələ nisbətən 15,55 % çox), xərcləri 7,253 milyon manat (12 % çox), mənfəət vergisi ödəmələri isə 512 min manat (27,05 % çox) təşkil edib.

Bu il iyulun 1-nə "Meqa Həyat Sığorta"nın aktivləri 44,466 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 9,1 % azalaraq 26,53 milyon manata düşüb, balans kapitalı isə 17,1 % artaraq 17,936 milyon manata çatıb.

Xatırladaq ki, "Meqa Həyat Sığorta" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % "Meqa Sığorta"dır.

44 - Tezliklə